Menu

İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatların yeni mərhələsinə başlayacaq

20.11.2023, 11:00
İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatların yeni mərhələsinə başlayacaq

İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatların yeni mərhələsinə başlayacaq.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) rəsmi nümayəndəsi Conatan Konrikus yerli “StandWithUs” təşkilatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qəzzanın şimalında döyüşlər başa çatdıqdan sonra İsrail ordusu əməliyyatların yeni mərhələsinə başlayacaq. Ordunun məqsədi HAMAS-a aid bütün infrastrukturu məhv etməkdir.

Konrikus həmçinin, İsrail ordusunun əlavə itkilər verməyəcəyinə ümid etdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol