Xəbər verdiyimiz kimi, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bazar ertəsi Kiyevə rəsmi səfərə gəlib.
Nazir “X” sosial şəbəkəsindəki səhifəsində bəyan edib ki, Vaşinqton Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməyə davam edəcək.
“Mən bu gün mühüm mesajı çatdırmaq üçün buradayam – ABŞ indi və gələcəkdə Rusiyanın təcavüzünə qarşı azadlıq uğrunda mübarizəsində Ukraynaya dəstəyini davam etdirəcək”, - Ostin bəyanatında bildirib. Pentaqonun rəhbəri Ukrayna rəhbərliyi ilə görüşlər keçirməyi planlaşdırır.
Noyabrın əvvəlində Ostin bildirib ki, ABŞ Kiyevə dəstəyini dayandırsa, Rusiya Ukraynada öz məqsədlərinə nail ola bilər.
“AzPolitika.info”


Şərhlər