Menu

"Azad olunmuş ərazilərdə silahsızlaşdırma prosesi davam edir" - Anar Eyvazov

20.11.2023, 16:33
"Azad olunmuş ərazilərdə silahsızlaşdırma prosesi davam edir" - Anar Eyvazov

İşğaldan azad olunmuş ərazilərdə 44 günlük müharibədən sonra 10000-dən çox piyada əleyhinə, 3000-dən çox tank əleyhinə minalar aşkarlanıb.

APA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

O bildirib ki, bu ərazilərdə hələ də silahsızlaşdırma prosesi davam edir, yeni silah anbarları aşkarlanır.

“19 sentyabra qədər qeydiyyatdan keçirilmədən qeyri-qanuni yollarla bu ərazilərə silahlar daşınmağa davam edib. Erməni silahlı qüvvələri mülki insanlara dronların hərbi məqsədlə istifadəsi ilə bağlı təlimlər keçib ki, bu dronlar vasitəsilə Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbələr vurulsun”, - Anar Eyvazov deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol