Menu

İsrail XİN CAR-dakı səfirini geri çağırıb

20.11.2023, 22:37
İsrail XİN CAR-dakı səfirini geri çağırıb

İsrailin Cənubi Afrika Respublikasındakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, buna səbəb Cənubi Afrika Respublikasındakı rəsmi şəxslərin son bəyanatları olub.

Xatırladaq ki, CAR hökuməti işğalçı İsrail ordusunun Qəzza zolağındakı qətliamlarına etiraz olaraq İsraildəki diplomatlarını geri çağırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol