Menu

Şimal bölgəsinə qar yağıb - FOTOLAR

21.11.2023, 10:22
Şimal bölgəsinə qar yağıb  - FOTOLAR

Şimal bölgəsində davam edən qeyri-sabit hava şəraiti temperaturun mənfi dərəcəyə qədər enməsinə səbəb olub.

APA-nın yerli bürosu xəbər verir ki, gecə saatlarında Xınalıqda mənfi iki dərəcəyə qədər şaxta olub.

Xınalıq və Laza yaşayış məntəqələrinə 1-4 sm qalınlığında qar yağıb.

Bölgənin digər yaşayış məntəqələrində sulu qar və yağış müşahidə edilir.

Naxçıvan Muxtar Respublikası ərazisində də soyuq hava şəraiti hökm sürüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, gecə saatlarından başlayan yağış yüksək dağlıq və dağətəyi ərazilərdə sulu qara çevrilib.

Qar daha çox Şahbuz rayonunun dağlıq kəndlərinə yağıb. Qarın hündürlüyü bu kəndlərdə 2-6 sm-ə çatıb. Eyni zamanda, Culfa və Babək rayonunun bəzi dağlıq kəndləri də ağ örpəyə bürünüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol