Xəbər verildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski “The Sun” nəşrinə verdiyi müsahibədə ona qarşı bir neçə sui-qəsd olduğunu və bu cəhdlərin davam etdiyini bildirib.
“AzPolitika.info” xəbər verir ki, Zelenski həmin müsahibəsində Ukrayna xüsusi xidmət orqanlarının Rusiya ərazisində keçirdiyi əməliyyatlarla bağlı sualla qarşılaşıb. O, jurnalistin Ukraynanın işğal olunmuş ərazilərdə rusiyayönlü şəxslərin həyatına sui-qəsd edib-etməməsi ilə bağlı sualından yayınıb: "Mən sizinlə Ukrayna kəşfiyyatının, xüsusi xidmət orqanlarının və ya xüsusi təyinatlıların hər hansı xüsusi əməliyyatını müzakirə edə bilmərəm. Bəzi məqamlar var ki, biz onları müzakirə etmirik".
Bu dəfə jurnalist Ukrayna Prezidentinə Vladimir Putinə dair sual verib. Onun “fürsət yaranarsa, Ukraynanın Putini öldürmək şansından istifadə edib-etməyəcəyi” sualına cavab verən Zelenski dolayısı ilə də olsa, bunu istisna etməyib: “Bu, müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”.
“AzPolitika.info”


Şərhlər