Menu

İsrail və HƏMAS arasında razılaşma gözlənilir – Hər girov üçün 3 fələstinli məhbus

21.11.2023, 17:45
İsrail və HƏMAS arasında razılaşma gözlənilir – Hər girov üçün 3 fələstinli məhbus

Qətərdə İsrail və HƏMAS nümayəndələri arasında girovların mübadiləsinə dair danışıqlar gedir və yaxın saatlarda yekun «Girov razılaşması»nın əldə olunması gözlənilir. 

“AzPolitika.info” bu barədə «Jerusalem Post» nəşrinə istinadla xəbər verir. Təklif olunan razılaşma dörd günlük atəşkəs müqabilində təxminən 50 israilli uşaq və onların analarının azad edilməsini nəzərdə tuturdu. Razılaşma 1:3 formatında, hər girov üçün üç fələstinli məhbusun azad edilməsini nəzərdə tutur.

Razılaşmanın şərtlərinə görə, HƏMAS qalan uşaq və anaların yerini tapmağı öhdəsinə götürüb. Bunun müqabilində İsrail terror aktlarında iştirak edən qadınları və azyaşlıları İsrail həbsxanalarından azad etməyə razılaşıb.

Bundan əlavə, hər iki tərəfin Qəzza zolağına yanacaq və pul yardımı göstərilməsini təsdiqləməsi gözlənilir. CNN-in xəbərinə görə, Amerika rəsmiləri azad ediləcək girovlar arasında 3 yaşlı Amerika vətəndaşının da olduğuna ümid edirlər. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol