Avropa İttifaqının fələstinlilərə inkişaf yardımını nəzərdən keçirərkən, HƏMAS-a vəsaitin ayrıldığına dair heç bir dəlil tapılmayıb.
"AzPolitika.info" «Jerusalem Post» nəşrinə istinadla xəbər verir ki, bunu Komissiyanın icraçı vitse-prezidenti Valdis Dombrovskis deyib,
Onun sözlərinə görə, Avropa Komissiyası bu proqramın icrasını gecikmədən davam edəcək. Fələstinə ayrılan yardımlar nəzərdən keçirilib və komissiya Aİ pullarının HƏMAS terror təşkilatına birbaşa və ya dolayısı ilə fayda verdiyinə dair heç bir əlamət tapmayıb.
Rüfət
AzPolitika.info


Şərhlər