Bu gün saxlanılan "Abzas Media" saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
"Report" xəbər verir ki, Xətai rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qərar qəbul olunub.
Qərara əsasən, Sevinc Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.


Şərhlər
Hansı maddəylə tutulmasını deyirlər,amma hansı qaçaq maldı o mal,sərhədi qanunsuz olaraq keçərkən üstündə qaçaqmal aşkar edilibmi,yoxsa sərhədi və gömrüyü qanuni keçib,amma o malı göstərməyib deyə sonra üstündən çıxıbmı,heç bir şey bildirilmir.Motiv bəlli deyil.Şerlok Holms deyirdi ki,hər bir cinayət işində motiv axtarın,motiv tapmasanız bilin ki o,cinayət deyildir.Hörmətli hüquq mühafizə orqanlarına bəlli olan bir şey qara camaata bəlli olmadığı üçün nə şərh yazaq buna,nə deyək?Deyək ki “Özün getdin qaçaqmalın qaldı yar,Yazıların bəlkə gözə gəldi yar.Dost-tanışlar bəlkə sizə gəldi yar.Bəs nə desin evi sənsiz görəndə?”Odur ki,no comment.Yəni.Türkcəsi belədir:yani.