Menu

Azərbaycan neftinin qiyməti 86 dollardan aşağı düşüb

22.11.2023, 09:16
Azərbaycan neftinin qiyməti 86 dollardan aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,3 % azalaraq 85,73 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 82,34 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Şərhlər

dadaşyev 2023-11-22 10:39:45

Neft qalxanda nə vaxt sevinmişik ki,düşəndə kədərlənək?15 il qabaq 150 dollara qalxmışdı,xoşbəxt oldumu qara camaat?Gah 5 milyard dollara Xəzər adaları tikmək eşqinə düşdük,gah Əhmədli tərəflərdən Bayıla dənizüstü körpü tikmək istədik,gah ilk İslam oyunları keçirdik,gah ilk Avropa oyunları keçirdik,gah köhnə binaları 5 milyon manat verib bir metr sürüşdürdük,gah İbrahim Nehrəmliyə 480 milyon manat kredit verdik ki Fransanın Lans futbol klubunu alsın,yarım milyardı o yedi,3 milyardı Cahangir Hacıyev yedi,20-30 milyardı Talıbov yedi,Ziyanın oğlu Londonda 70 milyona villa aldı köçdü ora və sair və ilaxır,yazmaqla bitməz ki.Gah Avropa şəhərlərinin yollarını,muzeylərini,kilsələrini təmir etdik,gah dənizin altında akvarium-restoran tikmək istədik,papuasların da verdiyi adicə uşaq puluna həsrət qara camaat isə küçələrdə iş axtarıb ləlöyün döyə-döyə ağzının suyunu axıtdı.Hindistandan yoq müəllimi gətirdik də kömək eliyəmmədi ağzımızın suyunu yığışdırmağımıza.O vaxt da,indi də qəssab dükanlarının yanından keçəndə əti görməməzliyə vururuq.Özümüzü inandırırıq ki,bu sadəcə yuxudu,xoş bir yuxu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol