İraq Prezidenti Əbdül Lətif Rəşidin bu gün Ermənistana səfəri başlayıb.
“AzPolitika.info” xəbər verir ki, o, İrəvanda “erməni soyqırımı” abidəsinin önünə əklil, “Əbədi məşəl” önünə gül dəstələri qoyub.
Yerli mətbuatın yazdığına görə, bu gün o, Prezident Vaaqn Xaçatryan, Baş nazir Nikol Paşinyan və Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşlər keçirəcək.
Xatırladaq ki, noyabrın 20-də İraq Prezidenti Azərbayanda rəsmi səfərdə olub.
“AzPolitika.info”


Şərhlər