Menu

İsrail hökuməti azad edəcəyi 300 fələstinlinin siyahısını dərc edib

22.11.2023, 14:01
İsrail hökuməti azad edəcəyi 300 fələstinlinin siyahısını dərc edib

İsrail Qəzza zolağında Həmas tərəfindən saxlanılan israilli girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq azad edilə biləcək 300 fələstinli məhbusun siyahısını dərc edib,

«AzPolitika.info» saytı «Times of Israel» nəşrinə istinadla xəbər verir.

Müqaviləyə əsasən, İsrail ilk 4 gündə 50-yə qədər girov müqabilində 150-yə qədər məhbusu azad edəcək. Əlavə girovlar azad olunarsa 300 məhbusdan ibarət siyahıdan eyni nisbətə görə daha çoxu azad ediləcək.

Qeyd edək ki, işğalçı İsrail ordusiu tərəfindən əsir götürülən və həbs olunan  300 məhbusun böyük əksəriyyəti - 287-si 18 yaşına çatmamış uşaqlardır. Onların əksəriyyəti İordan çayının qərb sahilində və ya Şərqi Qüdsdə işğalçlara daş atdıqlarına görə saxlanılırlar.

Qalan 13 məhbus yetkinlik yaşına çatmış qadınlardır. Onlar da işğala dirəndiklərinə görə əsir alınıblar. 

«AzPolitika.info» 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol