Menu

Koreyada casus peyk böhranı - “ABŞ bazasını izləyirlər”

22.11.2023, 14:17
Koreyada casus peyk böhranı - “ABŞ bazasını izləyirlər”

Şimali Koreyanın hərbi casus peykini orbitə buraxması bölgədə gərginliyi yenidən artırıb.

“AzPolitika.info” xəbər verir ki, Cənubi Koreyanın “Yonhap” agentliyi iddia edib ki, Ş.Koreya sözügedən peyk vasitəsilə ABŞ-ın Quamdakı hərbi hava bazasını izləyir. 

Qeyd olunub ki, bazanın fotoşəkilləri həmin peyk vasitəsilə çəkilib. Görüntülərin yerli vaxtla saat 09:00-da əldə edildiyini bildirən “Yonhap”, peykin rəsmi missiyasının dekabrın 1-də başlayacağını qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol