2021-ci ildə erməni müxalifəti dəstək istəyi ilə Rusiya Federasiyasına müraciət edib.
APA xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Konstantin Zatulin "Danışır Moskva" (Qovorit Moskva) radiostansiyasına açıqlamasında deyib.
O, Rusiyanın müxalifətə dəstəkdən imtina etməsinə də münasibət bildirib: “Lakin Rusiya tərəfi hakimiyyət dəyişikliyinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına təsir göstərə və yeni müharibəyə səbəb ola biləcəyi səbəbilə bundan imtina edib”.
Zatulin hazırda Ermənistanda Rusiyaya ictimai dəstəyin azalmaqda olduğunu və buna səbəb kimi Ermənistanda səhərdən axşama kimi internetdə, televiziyada və s. insanların Rusiyaya qarşı “beyinlərinin yuyulması” olduğunu deyib.


Şərhlər
İlahi canı boğazında olan durumda Rusiya necə də humanist davranıb. Rusiya və humanizm..... Həm də bunun Zatulin kimi siyasətçi adına bütün riyakarlığı, alçaqlığın, bişərəfliyin, satqınlığın təcəssümü olan naləsin dili ilə deyilməsi necə də iyrənc səslənir. Zatulin və Rusiyanın sifətinə dünyanın ən rəzil milləti olan erməni də tüpürürsə daha əlavə nə deyim...