Menu

Bakının bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılacaq

22.11.2023, 22:34
Bakının bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılacaq

Bakının bəzi ərazilərində sabah qaz təchizatı məhdudlaşdırılacaq.

"Report" xəbər verir ki, bu “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Tbilisi prospekti” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar qeyd olunan kəmərdə 23.11.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Bildirilib ki, təmir işləri görülən müddətdə Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonlarının, Xutor yaşayış massivinin, M.Rəsulzadə qəsəbəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol