Qəzza zolağında saxlanılan girovların bəzilərinin azad edilməsi prosesi noyabrın 24-dən tez başlanmayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Xaneqbi bildirib.
"Girovlarımızın azad edilməsi ilə bağlı təmaslar daim inkişaf və davam edir. Girov azad edilməsinin başlanğıcı tərəflər arasındakı ilkin razılaşmaya uyğun və cümə günündən gec olmayaraq baş verəcək", - İsrail hökumətinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Bundan əvvəl İsrail hökuməti Qəzza zolağından azı 50 girovun dörd gün ərzində geri qaytarılması planını təsdiqləyib və bu müddət ərzində anklavda atəşkəs elan olunub. İsrail Ədliyyə Nazirliyi noyabrın 22-də səhər saatlarında saziş çərçivəsində azad oluna biləcək 300 fələstinli məhbusun siyahısını dərc edib. Daha 10 girovun azad edilməsi üçün İsrail bir gün ərzində hərbi əməliyyatları dayandıracaq. İsrail tərəfinin məlumatına görə, 200-dən çox insan yaraqlılar tərəfindən girov götürülüb.


Şərhlər
İsrail girovların qaytarılmasında qətiyyən maraqlı deyil.Çünki mübadilə üçün 5 gün bombardmana ara vermək lazımdır,halbuki cəmisi 4 saatlıq atəşkəsə canı çıxa-çıxa razılıq vermişdi.Niyə maraqlı deyil?Çünki 70 il ərzində yan-yörəsindəki ərəb ölkələrinə özünü amerikanların ən son silahlarıyla super güc kimi sırıdığı halda ay yarımdan çoxdur balaca HƏMAS-la hesablaşa bilməyib,bombardmanla dağıtsa da heç cür Qəzzaya sahib ola bilməyib,fələstinlilərin görünməmiş müqavimətiylə üzləşib,üstəlik internetə qədərki 70 ildəki kimi bəşəriyyəti ağ yalanlarına inandıra bilmir,odur ki aşkar məğlubiyyətiylə,güclülük nağıllarının puç olmasıyla barışa bilmir deyə qəzəbindən zəncir çeynəyir.Bu səbəbdən bombardmana beş gün ara verməyi HƏMAS qarşısında acizliyinin göstərişi kimi qəbul edir,bu isə Yer kürəsində bəşəriyyət içində yaşadıqları halda özlərini bəşəriyyətdən üstün hesab etmələrindən doğan təkəbbürləriylə,lovğalıqlarıyla bir araya sığmır.Odur ki qırx il sərasər,dayanmadan Qəzzanı bombalamaqdan çəkinməzlər,yetər ki bəşəriyyətə yuxarıdan aşağı baxmaq ucalığından zərrəcə endirilməsinlər.Bombardman davam edirsə,demək hələ iş gedir,uduzulmayıb yəni.Necə ki spravka varsa demək uşaqlar da var,inanmayanın da lap atabaatasına lənət.Ermənistan da 30 il idi Qafqazda “böyük”müş kimi sığallanıb tumarlanırdı,yan-yörəsindəki xalqlardan üstünmüş guya,kimləri qırarlarsa dinməyin danışmayın,çünki özünümüdafiə haqqları varmış,bir qalırdı “erməni soyqırımı”nı rəsmiləşdirmək,o işə də Avropada Fransa başda olmaqla yenicə başlamışdılar ki,tutduq s-k ağızlarını,pətənəklərini dağıtdıq.