"Çingiz Abdullayev dözümlülük nümayiş etdirməlidir... Bu adamda özündənrazılığın həddi xeyli komplekslər formalaşdırıb"
Millət vəkili Etibar Əliyev yazıçı Çingiz Abdullayevin ATV kanalını və aparıcı Kübra Məhərrəmovanı məhkəməyə verməsi ilə bağlı açıqlama verib.
Deputat bildirib: "ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır.
Çingiz Abdullayev ATV kanalını məhkəməyə verməyə hazırlaşır. Bu barədə bunları deyib: “Azərbaycan Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə xüsusi ittiham qaydasında şikayət hazırlayır. İddiaçı təşkilat ola bilməz deyə, mənim adımdan yazılacaq. Təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam. Hamısını şəhid ailələri üçün köçürəyəcəyik. Mənə nə o aparıcının, nə də telekanalın pulu lazımdır. Aparıcı danışıb, öz səviyyəsini göstərib.”
Diqqət edin, Azərbaycanının Xalq yazıçısı məhkəmədə udacağı pulu şəhid ailələrinə bağışlamaq istəyir. Əslində, Ç. Abdullayev kitablarının satışından gələn pulları şəhid ailələrinə xərcləməli olduğu halda, görün pulu harada axtarır.
Ona qalsa, məni də Erl Stenli Qardnerin, Frederik Forsaytın, Con Le Karrenin, Reks Statutun yaxınları məhkəməyə verməli idilər. Bir dəfə müsahibələrimin birində onların əsərlərinin "zir-zibil" olduğunu demişdim. 200-dən çox detektiv əsəri Bukinistə bağışlamışam. Vaxtında belə romanların əvəzinə ciddi ədəbiyyatları oxusaydım, daha çox bilgi qazanmış olardım.
Əslində, Kübra xanım Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib. O, detektiv janrını "zir-zibil" adlandırıb. Mən Çingiz Abdullayelə bir neçə tədbirdə məruzəçi kimi iştirak etmişəm. Bu adamda özündənrazılığın həddi xeyli komplekslər formalaşdırıb. Bəlkə, bunu özü bilmir. Ancaq yaxın adamları bunu ona deməlidirlər. Mütaliə edənlər yaxşı bilirlər: yazıçıların əsərləri barədə fərqli fikirlər (hətta təhqirlərin) həmişə olub və olacaq. Sadəcə yazıçı belə məsələlərə tolerant yanaşmalıdır.
Məncə, Çingiz müəllim məhkəmə iddiasından geri çəkiləcək".
Deputat Yazıçılar Birliyinin bu məsələyə müdaxiləsini tamamilə absurd adlandırıb: "Bu absurd teatrdır. Absurd teatr gözəl janrdır və “zir -zibil” deyil".

Şərhlər
Zer qedrini zerger biler!Cingiz Abdullayevin qiymetini butun dunya verib ve qedrini de bilir!
Bütün dünyada əsərləri tərcümə edilərək oxunan bir ziyalının əsərlərinə "zir-zibil" demək ən azı savadsızlıqdır. Əgər televiziya aparıcısı bunu ekrandan deyirsə bu cinayətdir. Buna dözümlü yanaşmaq olmaz. Dözümlü yanaşdığımızdandır ki, bir sıra insi-cinsi bəlli olmayan insanlar Məmmədəmin Rəsulzadəni, Əbülfəz Elçibəyi, Nəriman Nərimanovü insanlığa yaraşmaz sözlərlə təhqir edirlər, bayrağımızı, gerbimizi istədikləri kimi dəyişdirib utanmadan nümayiş etdirirlər. Hər kəsin dediyi sözlərə qarşı diqqətli olmasını arzulayıram. Anar müəllim kimi bir yazıçını-ağsaqqalı məhkəmə qərarı olmadan hər hansı bir qohumbazlıqda günühlandırmaq Azərbaycan millətinə və dövlətinə xəyanətdir.
Zir zibil deməyin makulaturaya yarayır
Boş.süjetsiz.həyatda olmayan,yuxu fantaziyalarını rus dilində yazıya çevirmək nə zamandan yaradıcılıq olub?Rus fantaziya sevənləri üçün pus dilində yazan hansı nyolla Azərbaycan xalqyazıçısı titulunu alması özü şübhəl doğurur.Belə Azərbaycan oxucusu üçün yazmayan şəxs Azərbaycanı xalqının yazıçısı ola bilmədiyi şübhəsizdir. Bəs onun qəhrəmanları kimlərdir?Onların da Azrbaycana,hətta İslam aləminə aidiyyatı yoxdur.Deməli Çingizin Azərbaycanla bədii əlaqəsi olmayıb.Belə halda hansı əsasıa ona "Xalq yazıçısı"adı,AYB-nin sədr müavini yazıblar?Bunu bir düşün!
Bu son 30 ildə Azərbaycanda yaltaqlıq da bir sənət olub.Amma heç olmasa bir dəyərli adama
edəsən də! Millətin dilində səlist danışa bilməyən millətdən uzaq qalan adama yox də!
Çigiz Abdullayev də Artur Rəsizadəə kimi indiyə qədər Azərbaycan dilini.Azərbaycan folklorunu öyrənməyi özünə rəva bilməyib. Nİyə? Xaricdən bir Amerikalı.Çinli gəlir Azərbaycana 1-2 ildən sonra bülbül kimi danışır.Bəs bunlar 50-60 ildə niyə Azərbaycanca bir Azərbaycanlı kimi danışa bilmirlər.Bunun sirri nədir?Bu onların milli qarışıq olduqlarına şübhə yarandığına əsas vermirmi?
Sakit SSRİ və əks ABŞ, Fransa, İtaliya, BB, Hindistan kimi kriminal yaşantılı ölkələrin müaliə sorğusunu çevik dillə ödəmiş Ç.Abdullayevi necə qınamaq olar? Molla Cumanın məşhur şərqi misrası *Hər aşiqin öz dövranı var!* yada düşür. Bir qərinədir sosializmi özƏLləşdirib, Bazar İqtisadiyyatı qurmuruqmu? Nələrlə bütün tələbatımızı müstəqil ödəyirik? Kitab satılırsa ...
Əsl sənətkar şöhrətinin zirvəsindən adi adamları “tapdalayaraq” qalib olmaq həvəsinə düşərsə anındaca o zirvədən enər xalqın gözündə və xalq könlündən silər atar onu birdəfəlik.Çingiz Abdullayevin belə absurd bir işə qol qoyacağını heç sanmıram.Şəxsiyyət təhqir olunarsa,o ayrı.Xanım onu yox,onun əsərlərini sevmədiyini bildirib.Bu da onun və ümumiyyətlə hər hansı adamın şəxsi işidir.Rəssamın tablosu zibil kimidirsə,zibil kimi olan tablodur,rəssamın özü deyil.Bəstəkarın mahnısı zibil kimidirsə zibil kimi olan mahnıdır,bəstəkarın özü deyil.İddia ərizəsində nə deyilə bilər yəni?”Filankəs mənim əsərlərimə zibil deyib deyə mənə kompensasiya verməlidir?”Filankəs də deyəcək ki,başqalarına ləl-cəvahir kimi görünə bilər,amma mənim üçün zibil kimidir,asacaqlarmı kəsəcəklərmi öz fikrimi bildirdiyim üçün?Şəxsiyyətlə işim olmayıb ki?Xeyr.Elə isə nə təzminat?Xalqın hörmətini qazanmaq nə qədər çətindirsə o hörməti saxlamaq ondan min qat çətindir.Rəhmətlik Əlağa Vahidi sovet höküməti sevmirdi,partiyaçı da deyildi,ordeni-medalı-fəxri adı filanı da yox idi,heç bir yerdə də işləmirdi,amma qəzəlləriylə xalqın könlündə özünə elə taxt qurmuşdu ki,Bağırov kimi amansız birisi ona toxunmamışdı,hələ 52-ci ildə ona dövlətdən ev də pay vermişdi.Xalq niyə bu gün də sevir onu?Çünki adamın kimsəylə işi olmamışdı 37-ci ildəki orden-medallı yaradıcı adamların əksəriyyətindən fərqli olaraq,,başını aşağı salıb kasıb,sakit,səs küysüz bir həyat keçirmiş,yalnız yaradıcılıqla məşğul olmuş,bu dünyadan Fizuli yadigarı bir qəzəlxan kimi,əsl ziyalı kimi keçib getmişdi.
Çingiz Abdullayev niyə rusca yazır?axı bura Azərbaycandır və özünü də AYB=nə müavin yazıdırıb.Bu paradoksal deyil? C.Abdullayevin milliyyəti nədir?Axı o Azərbaycanca dürüst danışa da bilmir.Rus sektorunda oxumaq buna əsas vermir.Azərbaycanlı aiəsində doğulan hər kəs rüs sektorunda təhsil alsa da müfəssəl Azərbaycan dili danışır.Yaxçı olar ki, bu barədə açıqlama verən olsun.onsuz da Azərbaycan idarələri erməni qarışıqlarla doldurulub.Saf Azərbaycanlılar isə xaricdə nicat axtarmağa məcbur ediliblət.bunu mühacirətlərin sayı təsdiqləyir.
Açığı bu millət vəkili özü və onun dedikləri, içi mən qarışıq, çox adamı qıcıqlandırır. Adamda da bu qədər neqativ enerji olar??? Son 1-2 ildə deputatın yazılarında (dövrü olaraq baxıram) ən azı 100-150 məşhur xarici yazıçı, filosof, elm adamının adları çəkilir və hamısıda o səpkidəki bu məşhurların yazılarını nəinki oxuyub, hətta başa düşüb....))))))) istər istəməz daxildən səs gəlir, əşşi bir əvvəlcə intellektinə baxda....))))) belə nağıllar kəndinizdə yaxud rayonunuzda keçərli ola bilər.... Adamın Ç.Abdullayev kimi nəhəng barədə yazdıqlarına baxın...“Ç. Abdullayev kitablarının satışından gələn pulları şəhid ailələrinə xərcləməli olduğu halda”....Millət vəkillərindən biri müsahibələrindən birində demişdi ki, mən hər dəfə kassadan əmək haqqımı alanda utanıram.......səncə niyə utanır bu adam, a millət vəkili??? ....soruşmaq ayıb olmasın aldığınız o məvacibdən hər ay (!!!) hansı hissəni şəhid ailələrinə xərcləyirsiz???.......sonra: “Bu adamda özündənrazılığın həddi xeyli komplekslər formalaşdırıb”.....bu adamın özündən razılıq üçün heç olmasa əsası var, əsərləri onlarla (!!!) ölkədə tərcümə olunub və nəşr edilib.... adamdan soruşarlar bəs sənin belə özündən razı danışmağının səbəbi nədir??? Heç nə, oturduğun kreslo!!! ....3. “Məncə Çingiz müəllim məhkəmə iddiasından geri çəkiləcək"....əgər belə olsa, ancaq sənin kimilərə baş qoşmamaq səbəbindən !!!!
Hərhansı bir yazıçının tamamən gərəksiz bir məsələ üstündə birisini məhkəməyə verməsi yazıçı sənətinə təhqirdir.Bu sənəti bu qədər cılızlaşdırmağa kimsənin haqqı yoxdur.Əsl yazıçı hətta həqiqətən də təhqir olunsa belə əsəbini cilovlamağı bacarmalıdır.Təsəvvür belə etmək mümkün deyildir ki,Çingiz Aytmatov,Dostoyevski,Çexov,Rəşad Nuri Güntəkin,Drayzer kimi ciddi əsərlər sahibləri kimisə məhkəməyə versinlər əsərlərinə zir-zibil deyildiyi üçün.Özü də yazıçı kişi xeylağı ola,gənc xanımı məhkəməyə verə.Əgər Çingiz Abdullayev o xanımı məhkəməyə verərsə xanım dediklərində haqlı olacaq,çünki belə bir adi məsələ üstündə xanımı məhkəməyə çəkməyi yalnız zir-zibil əsərlər müəllifi özünə rəva bilər.Hüseyin Cavidin,Müşviqin əsərləri haqda nələr-nələr dedilər,Üzeyir Hacıbəyov “Leyli-Məcnun” operasını bəstələyəndə qəzetlərdə onun haqqında nə təhqirlər getdi,bircəciyini məhkəməyə verdilərmi?Xeyr.Çünki onlar həqiqətən də dahi şəxsiyyətlər idi.Əsərlərinin zir-zibil olmadığına əmin idilər.İşdi-şayəd məhkəmə olacaqsa o zaman məhkəmə qərarıyla bir spravka verilsin,orada yazılsın ki,bu arayış verilir Çingiz Abdullayevə ondan ötrü ki,onun əsərləri həqiqətən də zir-zibil deyil,kim buna qarşı çıxarsa onu inzibati və ya həbs cəzası gözləyir,hökm qətidir.O ki qaldı detektiv janrının nə olmasına,a balam,sən özün məşhur yazıçısan,bəyəm bilmirsənmi ki,bütün dünya ədəbiyyatçıları bilir ki DETEKTİV VƏ FANTASTİK JANR ƏDƏBİYYATIN ƏYLƏNCƏ JANRIDIR?Hansı əyləncədən sonra zir-zibil qalmır?Xanım da bunu deyib də.Hələ az deyib.
Siz kimsizki,Çingiz mellim kimi bir şexsiyyeti tengid edirsiz bu qeder?siz özünüz nə yaratmısız?paxıllığınızdan partlayırsız..