Menu

Rusiya da ermənipərəst Qərbin “yardım kampaniyasına” qoşulub -“Azərbaycana xoş olmayan mesajdır...”

23.11.2023, 11:55
Rusiya da ermənipərəst Qərbin “yardım kampaniyasına” qoşulub -“Azərbaycana xoş olmayan mesajdır...”

Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi vasitəsilə Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım göndərib.

Qeyd edək ki, bu günlərdə ermənilərin Azərbaycan ərazilərini tərk etməsindən 2 ay ötüb. Rusiya bu müddət ərzində onlara tyardım etməyə ehtiyac duymayıb. Ermənistan hökuməti, eləcədə ermənipərəst Qərb ölkələri, beynəlxalq fondlar “yazıq ermənilərə” milyonlarla dollar vəsait ayırıb.

Kremlin də bu “yardım kampaniyasına” qoşulmaqda məqsədi nədir? Azərbaycan ərazilərini tərk edən ermənilərinin Rusiyadan göndərilən ərzağa, ədyala, yorğan-döşək dəstinə o qədərmi ehtiyacı var?

Kremlin də ermənipərəst Qərbin “yardım kampaniyasına” qoşulmasıı şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, bu, Azərbaycana xoş olmayan mesajdır.

“Görünür, Kremldəkilərin Nikol Paşinyandan xoşları gəlməsə də, erməni separatizminə olan ümidlərini itirməyiblər. Rusiya Birinci Qarabağ müharibəsi zamanı yurdunu tərk edən və ağır şəraitdə yaşayan yüzminlərlə azərbaycanlıya o illərdə yardım etdimi?”, - deyə, o, sual edib.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-11-23 19:24:16

Kremlin dərdi Paşikdir , Paşik gedərsə yenə əvvəlki kimi Kreml ermənilərin yanında olacaq ,o zaman rusyada hər gün Azərbaycanlı məclislərə basqınlar olacaq

Roma 2023-11-23 13:30:35

erməninin, yəni paşikin çaldığı havaya vova putin oynamağa hazırdı, təki Qafqaz əldən çıxmasın...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol