Volodimir Zelenski Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin beş səbəbini açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “X” sosial şəbəkə hesabından paylaşım edib.
“Birincisi, Ukraynaya verilən hər bir hava hücumundan müdafiə sistemi və hər bir raket insan həyatını xilas edir. İkincisi, etibarlı hava müdafiə sistemi olarsa, xaricdən daha çox insan böyük şəhərlərə qayıda biləcək. Bu, Ukrayna iqtisadiyyatına əhəmiyyətli təkan verəcək, büdcə kəsirini və nəticədə beynəlxalq maliyyə yardımına ehtiyacı azaltmağa kömək edəcək. Üçüncüsü, bizim hava hücumundan müdafiəmiz nə qədər güclü olsa, Ukraynanın Qara dənizdəki uğurları bir o qədər çox olar. Dördüncüsü, hər bir əlavə hava hücumundan müdafiə sistemi və raket məhv edilmiş obyektləri, kritik infrastrukturu, enerji sistemlərini və elektrik şəbəkələrini bərpa etmək üçün lazım olan resurslara qənaət deməkdir. Beşincisi, bu, Rusiyanı Ukraynaya raket və pilotsuz təyyarələrlə hücum etmək imkanından məhrum edəcək və nəticədə təcavüzkar bu taktikasından əl çəkməli olacaq, - prezident bildirib.
“AzPolitika.info”


Şərhlər