Menu

Ukrayna pilotları “F-16”-larda sərbəst uçuşlara başlayır – “Hər şey plan üzrə gedir”

23.11.2023, 16:19
Ukrayna pilotları “F-16”-larda sərbəst uçuşlara başlayır – “Hər şey plan üzrə gedir”

Məlum olduğu kimi, ukraynalı hərbi pilotlar arftıq bir neçə aydır ki, Qərb ölkələrində “F-16” təyyarələrində təlim keçirlər.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, xarici ölkələrdə qırıcı təyyarələri idarə etməyi öyrənən ukraynalı pilotlar hazırda təlimatçılarla birlikdə uçsalar da, yaxın zamanda təkbaşına uçuşlara başlayacaqlar.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib: "Hər şey plan üzrə gedir. Pilotlarımız təlimatçılarla birlikdə səmaya qalxırlar. Onların sayı artır. Bundan sonra biz müstəqil uçuşlar gözləyirik. Düşünürəm ki, yaxın gələcəkdə daha çox məlumat olacaq. Mən heç nə açıqlamaq istəmirəm, amma ola bilsin ki, yeni nələrsə görəcəyik…”

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol