Menu

Putin iki “adamyeyəni” əfv edib – FOTO

24.11.2023, 00:34
Putin iki “adamyeyəni” əfv edib – FOTO

Ukraynada döyüşmüş cinayətkarların dəhşətli əməlləri üzə çıxıb

Vladimir Putin ritual qətllər törətməkdə təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilmiş təhlükəli cinayətkarları - Saxalindən olan “adamyeyən” Denis Qorini və Nikolay Oqolobyakı əfv edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıblar. Məlum olub ki, Saxalin vilayətindən olan Denis Qorin 2003, 2010 və 2011-ci illərdə törətdiyi ən azı 4 nəfərin qətlinə görə üç dəfə məhkum edilib. 2010-cu ildə törədilən qətlin üstü 2012-ci ilin yayında açılıb. Müstəntiqlərin fikrincə, Qorin əvvəlcə kişini öldürüb, sonra isə meyitin ayaqlarından ət kəsib, yuyub, soyuducuya qoyub və sonra yeyib. Sonuncu dəfə qatil cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 22 il müddətinə azadlıqdan məhrum edilib. Bildirilir ki, bir ay əvvəl Qorinin sosial şəbəkədəki səhifəsində qolunda Z simvolu olan hərbi formada yeni bir şəkli peyda olub. Onun qonşusu Dmitri isə jurnalistlərə Qorinin hazırkı yeri barədə məlumat verib: "İndi o, Yujno-Saxalinskdə, xəstəxanadadır, orta ağır xəsarətləri var. Fikir verin, o, azaddır, əfv olunub. Amma düşünürəm ki, o, uzun müddət azadlıqda qalmayacaq, onun qurbanlarının yaxınları hər şeyi xatırlayırlar".

Rusiya KİV-ləri onu da yazır ki, 2010-cu ildə 4 yeniyetmənin ritual qətlinə və “adamyeyənliyə” görə 20 il müddətinə azadlıqdan məhrum edilən 33 yaşlı Nikolay Oqolobyak da Ukraynadakı müharibədə iştirakına görə əfv olunub.

Oqolobyakın atası jurnalistlərə oğlunun noyabrın əvvəlində müharibədən Yaroslavla qayıtdığını söyləyib: “O, “Ştorm Z”-də 6 ay qulluq edib... Yaralanandan sonra şikəstdir, yeriyir, amma yarası ağırdır, hələ ki, işləmir, sağlamlığını bərpa edir”.

Media yazır ki, Oqolobyak əvvəlcə it və pişikləri öldürən, 2008-ci ildə isə dörd yeniyetməni - 3 qız və bir oğlanı öldürərək parçalayan satanist sektasının üzvü olub. İstintaq qətllərin ritual olduğu qənaətinə gəlib. Bildirilir ki, qatillərin xüsusi ritual yeri olub, orada od yandırıb, beşşəkilli formada düzülərək öz qurbanlarını xəncərlə öldürüblər. Qətllərdən biri zamanı Oqolobyakın vurduğu zərbələri yüksək səslə saydığı və say 666-ya çatana qədər bunu etdiyi təsvir edilir.

İş materiallarına görə, qurbanların meyitləri hissələrə bölünərək basdırılıb. İstintaq materialında həmçinin deyilir ki, Oqolobyakın da daxil olduğu bu təriqətçilər dəstəsi öldürülən ilk iki qızın sinəsini kəsərək, ürəyini və dilini çıxararaq qızardıb yeyiblər.

Qətl zamanı yetkinlik yaşında olan Oqolobyak 20 il müddətinə azadlıqdan məhrum edilib. O, 2030-cu ilə qədər həbsdə qalmalı idi.

Beləliklə, Rusiya ordusunun kimlərin ümidinə qaldığı və Vladimir Putinin “qəhrəman əsgərləri”nin kimlər olduğu bir daha üzə çıxmış olur...

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Eli 2023-11-24 01:14:50

Deqiq araşdırılsa Putin özü bunlardan geri qalan deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol