Menu

Bakıda ticarət mərkəzindəki mağazadan oğurluq edilib

24.11.2023, 08:56
Bakıda ticarət mərkəzindəki mağazadan oğurluq edilib

Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 2 900 manat dəyərində dörd ədəd gödəkçənin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol