İşğalçı İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatı ən azı daha iki ay davam edəcək, anklavda saxlanılan girovların bir qisminin azad edilməsinə dair razılaşmada nəzərdə tutulan hərbi əməliyyatların qarşıdakı fasiləsi qısa olacaq.
Bunu sionist İsrail rejiminin müdafiə naziri Yoav Qalant 13-cü flotiliyanın - İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları ilə görüşündə deyib.
“Bu, qısa fasilə olacaq, bundan sonra gərgin döyüşlər davam edəcək, Daha iki aylıq döyüşlər gözlənilir”, - deyə, Fələstində soyqrıma rəhbərlik edən nazir bildirib.


Şərhlər