Menu

“Hərbi yardımın olmaması Ukraynanı Rusiya ilə danışıqlara məcbur edə bilər” – “Bloomberg”

24.11.2023, 11:42
“Hərbi yardımın olmaması Ukraynanı Rusiya ilə danışıqlara məcbur edə bilər” – “Bloomberg”

“Şərqi Avropa ölkələrinin liderləri müharibə ilə bağlı mənfi proqnozlardan çox qorxurlar. Çünki bilirlər ki, Rusiya qalib gəlsə, Ukraynada dayanmayacaq. Avropalıların silah-sursatla bağlı problemlər yaşadığı, ABŞ-ın siyasi müharibə yorğunluğu içərisində olduğu bir vaxtda Ukraynadakı cəbhə xətti son bir ildə demək olar ki, dəyişməyib. Bu, Rusiya lideri Vladimir Putin üçün şans ola bilər. Xüsusən də, hərbi yardımın olmaması Ukraynanı zəif mövqeyə sala, sülh danışıqlarına məcbur edə bilər. Ən pis ssenari isə odur ki, rus ordusu Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttini yarıb keçə bilər. Bu zaman Kremlin sülh danışıqları aparmaqla bağlı heç bir əsası qalmayacaq”.

“AzPolitika.info” xəbər verir ki, bu baradə ABŞ-ın “Bloomberg” nəşrində yayımlanan məqalədə bildirilir.

“Bloomberg” qeyd edir ki, bu cür proqnozlar Şərqi Avropa ölkələrinin liderlərini qorxutsa da, hələ də Qərbdə bu təhlükəni anlamayan qüvvələr mövcuddur. Bu barədə Estoniyanın Baş naziri Kaja Kallas bəzi müttəfiqlərin müdafiəyə kifayət qədər ciddi yanaşmadığını vurğulayıb. Ölkənin xarici işlər naziri Qabrielius Landsbergis isə deyib ki, yavaş silah tədarükü Ukraynanı danışıqlara məcbur edə bilər.

“Yeni tankların, yeni raket sistemlərinin və hətta döyüş sursatlarının çatdırılmadığını görəndə kollektiv şəkildə qələbəyə töhfə verə biləcəyimizdən narahatam”-deyə o qeyd edib.

ABŞ nəşri yazır ki, digər təhlükə İsraildə cəbhənin genişlənməsidir. Jurnalistlərin fikrincə, bu halda ABŞ Yaxın Şərqdəki müttəfiqinə də silah- sursat yardımı etmək məcburiyyətində qalacaq.

Adı açıqlanmayan avropalı diplomat bildirib ki, o, davamlı silah yardımının olmamasının Putinə təsir rıçaqları yaradacağından narahatdır. Latviya Prezidenti Edqars Rinkeviç qeyd edir ki, Rusiya Federasiyası ilə razılaşma alternativ varinat deyil və atəşkəs yalnız Moskvanı daha da gücləndirə bilər.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol