Laçın, Füzuli və Cəbrayılın bəzi kəndləri Xocavəndin tərkibinə verilir.
"Report"un xəbərinə görə, bu, “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sancalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə veriləcək.

Şərhlər
Unutmamalıyıq ki, vətən nə qədər böyük olur olsun, hər kəsin vətəni doğulduğu kəndin, hətta həmin kəndin məhləsində belə var olmuş dədə- baba ocağından başlar. Qarabağdakı keçmiş yaşayış məntəqələrinin ərazi vahidləri üzrə dəyişdirilməsi sanıram sırf iqtisadi xarakter daşıyır və bu o qədər də prinsipal əhəmiyyət kəsb etmir. Amma əhalisi qaçqın olan kəndlərin əhalisi mövcud ola- ola, həmin kəndlərin ləğv edilməsi ağrılı və çox incə bir məsələdir. Birinci növbədə belə bir qərar, illərlə öz doğma ocaqları üçün çırpınan o insanların qol-qanadının sındırılması deməkdir (bunu bir qaçqın olaraq söyləyirəm). Bu həm də həmin kəndlərdən olanaların qaçqınlıq və məcburi köçgünlük statusunun yeni çalarlarının ehtivası deməkdir. Ona görə də bu məsələnin daha ağrısız həll edilməsi üçün, Dövlətin bu yöndə məsul qrumlarından xahiş və həm də tövsiyye edərdim ki, bu məsələdə verdikləri və verəcəkləri qərarlara həssaslıqla yanaşsınlar. Birinci növbədə həmin əlaqəli qrumlar gələcəkdə "Ermənistanla" bağlanılacaq Sülh sazişi ilə tanınan sərhəddə düşən (yəni sərhəddə yaxın) kəndlər bir mənalı olaraq ləğv olunmamalıdır. Əksinə həmin kəndlər böyüdülməli, oraya yeni sakinlər cəlb edilməlidir ( hansı ki, 1988-1993-cü illərdə, birinci növbədə uzun illər diqqətdən və qayğıdan, hətta deyərdim ki, sahibsiz qalan sərhəd kəndləri boşaldı). İkincisi və ən əsası ləğv edilən kəndlərin (3-dür, 5-dir və neçədirsə) əhalisinin nümayəndələrinin iştirakı ilə, keçmişdə mənsub olduqları coğrafi ərazinin ortaq bir nöqtəsində, yeni bir yaşayış məntəqəsi üçün yer seçilsin və öz keçmiş dədə-baba kəndlərinin ərazilərindən isə onlara pay torpaqları verilsin. Bunula da onlar öz vətənlərinə, yəni dolayısı ilə öz dədə-baba torpaqlarına qovuşmuş olarlar ki, bu da böyük təsəlli olmuş olar. Yoxsa, başqa cür bu yöndə söz -söhbətlər səngiməyəcək. Yuxarıda da qeyd etdiyim kimi məsələ çox həssas məsələdi. Bir anlığa təsəvvür edəndə ki, 35 illik bir həsrətdən sonra mən kəndimə qayıtmayacam, insanın damarlarında qanı donur. Şərhi açıq buraxıram. Lütfən fikirlərinizi bildirin. Çünki, Ali Baş Komandan başda olmaqla biz bütöv bir millət olaraq o torpaqları qaytardığımız kimi, bütöv millət olaraq qayıdışımızda da fikir və dəstəyimizlə Dövlət Başçısının yanında olmalıyıq.