Menu

Kostroma şəhərində rus hərbçilərin kütləvi məzarlığı... - VİDEO

24.11.2023, 14:20
Kostroma şəhərində rus hərbçilərin kütləvi məzarlığı... - VİDEO

Sosial şəbəkələrdə Ukrayna savaşında həlak olan rus hərbçilərin dəfn olunduqları məzarlıqdan video paylaşılıb.

“AzPolitika.info” xəbər verir ki, paylaşımda həmin məzarlığın Kostroma şəhərində yerləşdiyi bildirilsə də, qəbiristanlıqda dəqiq neçə rus hərbçisinin dəfn edildiyi haqda heç bir məlumat qeyd olunmayıb.

Lakin həmin videoda açıq-qaydın görünür ki, dəfn edilən hərbçilərin sayı təxminən yüz nəfərə yaxındır. Digər diqqət çəkən bir məqam isə odur ki, müharibədə həlak olanların böyük əksəriyyəti iyirmili yaşda olan gənc nəslin nümayəndələridirlər.

Məlumat üçün bildirək ki, Rusiya Müdafiə Nazirliyi müharibənin əvvəllərində Ukraynadakı itkiləri ilə bağlı məlumat versə də, sonradan belə bir statistika təqdim etməmək qərarına gəlib. Ukrayna Baş Qərargahının isə son məlumatına görə, Rusiya indiyə qədər 322 mindən artıq hərbçisini itirib.

Onu da qeyd edək ki, sözügedən şəhər Volqa və Kostroma çaylarının qovuşduğu yerdə yerləşir və cəmi 267 min nəfər əhalisi var. Əslində belə bir kiçik şəhərdən onlarla hərbçinin həlak olması onu deməyə əsas verir ki, Ukraynanın təqdim etdiyi statistikanın gerçəklik payı yüksəkdir və hətta Rusiyanın müharibə itkiləri təxmini hesablamalardan da xeyli artıqdır...

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol