Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi Dmitri Pletençuk bildirib ki, bu il qış keçən illə müqayisədə daha asan keçəcək: “Ukrayna buna hazırlaşıb və işğalçı ölkənin genişmiqyaslı müharibənin başlanğıcındakı qədər resursları yoxdur”.
“AzPolitika.info” xəbər verir ki, Pletençuk Ukrayna televiziyasının efirində ukraynalıların ötən illə müqayisədə daha hazırlıqlı olduğunu deyib. Ordu rəsmisi onu da əlavə edib ki, Rusiya Qara dəniz hərbi donanması Sevastopoldan qaçdığı üçün ötən il olduğu kimi, Ukrayna şəhərlərini durmadan təhdid edə bilməyəcək: “İndi Ukraynanın təcrübəsi var və ölkə daha yaxşı hazırlaşa bilib. İnfrastrukturla yanaşı, təhdidlərə cavab sistemi də hazırlanıb”.
Pletençukun sözlərinə görə, artıq işğalçı qüvvələrin bir il əvvəl olduğu qədər resursları yoxdur. Bu çatışmazlıq həmin resurslardan istifadə taktikasına da aiddir: “Buna görə də bu qış bizim üçün əvvəlkindən daha asan keçməlidir. Amma yenə də raket təhlükəsi ciddidir. "Kalibr” raketlərinə gəlincə, bu məsələdə onların logistikası kəsilib. Belə ki, rusların gəmiləri Novorossiyskə qaçıb, raketlər isə Sevastopolda qalıb”.
“AzPolitika.info”


Şərhlər