Ermənistanın silah tədarükü üçün Rusiyaya verdiyi pulu geri qaytarmaq üzərində işlər gedir.
"AzPolitika.info" Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir Nikol Paşinyan bunu noyabrın 24-də canlı yayımda vətəndaşların video-suallarını cavablandırarkən Ermənistanın Rusiyaya silah üçün milyonlarla dollar ödədiyi, lakin onu almadığı deyib. O, pulu da geri almadıqlarına toxunaraq bildirib ki, bu istiqamətdə iş gedir.
Paşinyanın sözlərinə görə, hazırda bu problemi hansı mexanizmlərlə həll edə biləcəkləri ilə bağlı müzakirələr gedir.
“Məsələn, variantlardan biri Ermənistanın Rusiyaya borcunu bu məbləğdə azaltmaq ola bilər. Bu yeganə seçim deyil. Ancaq Rusiya Federasiyasının özünün silaha ehtiyacı var və biz burada işləmək əzmindəyik.” - deyə, Paşinyan vurğulayıb.
Rüfət
AzPolitika.info


Şərhlər
O pullar silah tədarükü üçün yox,Qarabağ məsələsini ermənistanın xeyrinə həll etmək üçün rüşvət idi,”madam ki həll etmədin,qaytar rüşvəti” demək istəyirsən,bəşəriyyətdən ayıb olar deyə açıq deyəmmirsən.Fransa,Hindistan verdiyin rüşvəti silah şəklində qaytarır,ABŞ yardım adıyla qaytarır,Rusiya isə qaytarmır,atıb sənə.Sən də məhkəməyə də verə bilmirsən,çünki rus deyəcək göstər sənədini ki mənə silah üçün pul vermisən.Sən də nə göstərəsən?Harada rüşvəti sənədlə verirlər?Deyə bilərsən silah üçün vermişəm,rus da deyəcək bu otuz ildə sənə silahı pulla vermişəm ki?Pay vermişəm dəə,sən də alıb Azərbaycana atmısan bombaları.”Gəncəyə atdığın İsgəndər raketlərini,bütün Qarabağa əkdiyin milyonlarla minanı dədən düzəltmişdi?” deyəcək.