Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) səfiri Vasilis Maraqosla görüş keçirib.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, görüşdə Ermənistanla Aİ arasında hərtərəfli və iddialı gündəliyin bir sıra məsələlərini müzakirə ediblər.
Ermənistan XİN-in məlumatına görə, görüşdə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin həyata keçirilməsi istiqamətində atılan addımlar, eləcə də iqtisadi və investisiya planının səmərəli icrası vurğulanıb.
Ararat Mirzoyan və Vasilis Maraqosn həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki son hadisələrə və regionda uzunmüddətli sabitliyin yaradılması baxışına, onun həyata keçirilməsinə yönəlmiş regional proqramlarda Aİ-nin iştirakı və dəstəyini qeyd ediblər.
“AzPolitika.info”


Şərhlər