Menu

"Çirkli hava 400 min insanın həyatına son qoyub" - Aİ

25.11.2023, 13:36
"Çirkli hava 400 min insanın həyatına son qoyub" - Aİ

Avropa İttifaqının dərc etdiyi yeni hesabat hava çirkliliyi probleminin ölümcül təsirlərini növbəti dəfə gözlər önünə sərib.

"AzPolitika.info" xəbər verir ki, sözügedən hesabata görə, hava çirkliliyi 2021-ci ildə təxminən 400 min insanın ölümünə səbəb olub.

Açıqlanan rəqəmin sadəcə Avropa qitəsinə aid olduğu, ümumilikdə isə hava çirkliliyinə görə həyatını itirənlərin sayının bundan qat-qat çox olduğu bildirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol