Menu

Vəfat edənlərin mirasını ələ keçirdi, 75 milyon dollar mənimsədi - Kral Çarlza bağlı şok iddia

25.11.2023, 14:24
Vəfat edənlərin mirasını ələ keçirdi, 75 milyon dollar mənimsədi - Kral Çarlza bağlı şok iddia

Ötən ilin sentyabrında Böyük Britaniya kraliçası II Yelizavetanın ölümündən sonra 73 yaşında taxta çıxan Kral III Çarlzla bağlı şok bir iddia ortaya atılıb.

"AzPolitika.info" xəbər verir ki, belə bir iddia ilə Böyük Britaniyanın aparıcı nəşrlərindən olan "The Guardian" çıxış edib.

Nəşrin iddiasına görə, Britaniya kralı vəfat etmiş minlərlə kimsəsiz vətəndaşın mirasını mənimsəyib.

Məlumata görə, kimsəsiz olan və mal-mükünü heçkimə vəsiyyət etmədən vəfat edən insanların maliyyə aktivləri hersoqluq tərəfindən fonda toplanılıb. Son 10 ildə toplanılan vəsaitin 60 milyon funt sterlinq (təxminən 75 milyon dollar) olduğu bildirilir. "The Guardian" yazır ki, bu vəsaitin xeyriyyə fondlarına köçürüldüyü bildirilsə də, reallıq tamamilə fərqlidir.

Nəşrin iddiasına görə, bu məbləğin çox cuzi bir hissəsi xeyriyyə işlərinə xərclənilib, qalan bütün vəsait kral Çarlzın əmlaklarının təmiri üçün gizli şəkildə istifadə edilib.

Britaniya nəşri Preston, Mançester, Burnley, Blackburn, Liverpool, Ulverston və Oldham kimi yerlərdə vəfat etdikdən sonra mirası mənimsənilən onlarla insanın şəxsiyyətini müəyyənləşdirib. Ölənlərin yaxınları bu əməli "iyrənc",və "əxlaqsızlıq" adlandırıblar.

Bukingem Sarayı məsələ ilə bağlı şərh verməkdən imtina edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol