“Ukraynaya Rusiya Federasiyası ilə mübarizədə təkan verəcək üç əsas qələbə lazımdır”.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Latviya Prezidenti Edqars Rinkeviçslə birgə mətbuat konfransında deyib.
Zelenskinin sözlərinə görə, birinci qələbə ABŞ Konqresinin Ukraynaya yardımla bağlı qərarı olacaq: “Birincisi, Konqreslə bağlı problem asan deyil və hər şey bizdən asılı deyil. Lakin Ukrayna yardımın alınması üçün əlindən gələni etməlidir.
İkinci qələbə Avropa İttifaqının(Aİ) dəstəyidir. O cümlədən, Ukraynanın 50 milyard avro məbləğində yardım paketi ala bilməsidir. Aİ-də hər kəs bu gün həmin paketi dəstəkləməyə hazır deyil. Onların bu paketi dəstəkləmələri üçün hər şey etmək bizim borcumuzdur”.
Üçüncü qələbə isə Zelenskinin fikrincə, Ukraynanın Aİ-yə gələcək üzvlüyü ilə bağlı dialoqun açılmasıdır: “Bu, bizim üçün, işləyən, oxuyan və hər gün müxtəlif addımlarla motivasiya edilməli olan, döyüş meydanında canını verənlər üçün motivasiya edici addımdır. Hesab edirəm ki, bu gün bu üç şey vacibdir və biz yaxın gələcəkdə nəticələr əldə etməliyik”.
“AzPolitika.info”

Şərhlər
Zelenski hayla Batıya və ABD-ye güvənib, özünə xəyallar qurur. Hələ də Rusiyanın gücünü küçümseyir. Anlamır ki, Batı ve ABD-nin yardımları bir yere qədərdir. O da çıkarlardan ümid kəsiləndə
yardımlar da kəsilir dəstək də. Hemişe dediyim kimi, arada olan da Ukraynaya və ukraynalılara olur. Görünən o ki, uzağı gələn il Zelenski sonunu gətirəcəkdir.