Menu

Finlandiya Rusiya ilə danışmaqdan imtina etdi - Sərhəd bağlı qalacaq

25.11.2023, 16:02
Finlandiya Rusiya ilə danışmaqdan imtina etdi - Sərhəd bağlı qalacaq

“Finlandiya hökuməti şərq sərhədindəki vəziyyətlə bağlı Rusiya ilə siyasi müzakirələr aparmaq niyyətində deyil”.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Finlandiya baş nazir Petteri Orpo bildirib.

“Rusiya ilə heç bir siyasi müzakirə aparılmır”, - deyən Orpo qeyd edib ki, hökumətin Rusiya ilə 7 sərhəd-buraxılış məntəqəsinin bağlanmasına dair qərarı dəyişməyəcək.

Xatırladaq ki, noyabrın 18-dən Finlandiya hakimiyyəti səkkiz keçid məntəqəsindən dördünü bağlayıb. Daha sonra Helsinki dekabrın 23-dək Rusiya ilə sərhəddəki daha üç keçid məntəqəsini bağlamaq qərarına gəlib. Moskva Finlandiya hakimiyyətinin sərhədi tamamilə bağlaya biləcəyini istisna etmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol