Menu

YAZIÇI ANAR KATİBƏSİNƏ NİYƏ EV VERDİYİNİ AÇIQLADI - "Deyim ki, yox, sənə ev vermirəm?"

26.11.2023, 11:24
YAZIÇI ANAR KATİBƏSİNƏ NİYƏ EV VERDİYİNİ AÇIQLADI - "Deyim ki, yox, sənə ev vermirəm?"

Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.

AYB-nin sədri Anar Rzayev "Globalinfo.az"-a açıqlamasında deyilənlərin hamısının yanlış olduğunu bildirib.

Onun sözlərinə görə, ev AYB-yə verilib: “2600 üzvümüzdən 230 nəfəri evlə bağlı bizə müraciət edib. Lakin onlar arasında 21 nəfərə ev verildi. Qeyd edim ki, həmin 21 nəfərin əksəriyyəti işləməyən yazıçılardır. Hətta adlarını da çəkə bilərəm – Seyran Səxavət, Firuz Mustafa, Nəriman Qasımzadə, Dəyanət Osmanlı, Elxan Qaraxanlı və s. Bundan başqa, bizimlə çalışan şəxslər yalnız bizdən ev ala bilərlər. Çünki onların başqa iş yerləri yoxdur. Ona görə, sürücü və katibə də başqa vətəndaş kimi növbədə gözləyərək ev alıb. Ev almaq onların da haqqı idi”.

Sədr bir neçə evi olub, yenidən ev alanlar haqda da danışıb: “Deyirlər 2-3 evi olanlara ev vermişik. Bizə 230 nəfər müraciət edib. Mən necə araşdıra bilərəm ki, onların evi var, yoxsa yox? Ərizə yazarkən evsiz olduqlarını qeyd edirlər. Həmin adamlar da deyirlər ki, ilk evi 20 il əvvəl alıblar, indi isə övladları böyüyüb, ailə qurublar deyə əlavə evə ehtiyacları var. Mən nə deyim?! Deyim ki, yox, sənə ev vermirəm?!”

A.Rzayev yaxın günlərdə AYB üzvlərinə maddi yardım olacağını bildirib: “Pul verəcəyimiz şəxslər də olacaq. Kimlərə verilməsi isə katiblikdə həll olunacaq. Kimin pula daha çox ehtiyacı varsa, o da alacaq”.

Şərhlər

Mübariz 2023-12-08 10:31:00

Azərbaycanda hansəkadr yerinə uyğun ixtisasla,təcrübə ilə təyin olunub ki? şağıdan uyəyuxarıya qədər yaxın-uzaq qohumlar və ya onlat vasitəsilə rüşvətlə təyin olunanlardır..Bu reallığı qəbul etmək lazımdır.Anar da onlardan biri.Anarın ata-babası Azərbaycanlıdır?Nə olsun ki, Azərbaycanca danışır.

Məmləkət 2023-11-28 11:41:03

Nə düşmüsünüz bu yetim Anarın üstünə? Guya yerdə qalanlar bundan yaxşıdır?Xalqı düşünür?Bu antipodları haradasa bəsləyib ortaya çıxarıb salırlar millətin canına.Hansı icra hakimiyyəti,hansı nazir gəldiyi sahəni xoş günə çıxarıb?Nümunə göstərə bilərsiniz? Hamısı sanki soymaq məqsədi ilə ortaya çıxarılır.Bu faktları sadalamağa ehtiyac yoxdur.Hamı.hər gün bunun şahididir..Ancaq məlum məsələlərə görə (rejim nəzərdə tutulur ) millət səsini çıxara bilmir.

Azərbaycanlı 2023-11-27 16:57:53

Azərbaycanı bu hala niyə salıblar.Sanki Azərbaycanda əzrbaycan kökənli heç kim olmayıb.Hara baxrsan,hansı vəzifə sahibi iə maraqlanırsan ya İrandan Azrbayana (misal Hadı Rəcəov və sairələru_) köçənlər.ya etməni əsilli və ya qarışıq,ya da yezidi kürd .Sadəcə ad soyadlarını Azərbaycanlaşdırıblar.Dilimiz də sadə olduğundan yez öyrədiblər.Bu Azərbaycan düşmənləri kimlərdir ?

Senan 2023-11-27 01:32:55

Mūasir Azərbaycanın saray ziyanlısı mənzil alveri edir...

Teymur 2023-11-26 20:14:16

Yazıçılar birliyi ləğv olunduqdan sonra bu problemlər olmayacaq !

Şair 2023-11-26 19:01:22

Hökumətin yaradıcı,ölkədə sayılıb seçilən şəxslərə verilməsi üçün ayrılan evlər Anarın atasının malıdır ki..kim ona yaltaqlansa ona bağışlasın?

Mənzum 2023-11-26 18:56:54

Bu ağılda olan adamın AYB-də sədr olması gülünc deyilmi?O bu yaşda hələ düşünə bilmir ki,harada sədrdir.Evlər yaradıcı insanlara verilməsi üçün AYB-yə verilməyib?Bəs karibə çay verməsi və digər qulluğu yaradıcı əmək sayılır?

dadaşyev 2023-11-26 14:10:49

Sürücünün,katibənin,xadimənin,şüşəkəsənin,malyarın,fəhlənin,ümumiyyətlə,zavod-fabriklərdə nə ki işçi varsa hamısının ev almaq haqqı var.Amma AYB nə zavod-fabrikdi,nə “Katibələr Birliyi”di,nə “Sürücülər Birliyi”di, nə “Malyarlar,Şüşəkəsənlər Birliyi”.Yaradıcı adamların Birliklərində çalışan texniki işçilərin haqqı yalnız əməkhaqqıdır;iş görürlər,qarşılığında maaş alırlar kardeşim.Amma yaradıcı adamlar ona görə ittifaqlar,birliklər təsis edirlər ki,sırf o sənət sahəsinin adamlarının problemləri həll edilsin. Odur ki yazıçılar üçün ayrılmalı olan evlərin texniki işçilərə verilməsi o texniki işçilərin haqqını qorumaq deyildir,yazıçıların haqqına girməkdir.Katibə işsiz xanım yazıçılardan,sürücü işsiz yazıçılardan da ola bilərdi.O zaman onlar həm maaş alardılar,həm də onlara ev verildiyi zaman bunca söz-söhbət də olmazdı.Yoxsa katibəlik və ya sürücülük etmək üçün universitet bitirmək lazımdır bəlkə?Vallah,bir yana baxanda o da keçir dəli könlümdən ki,o boyda Birlikdən,Koroğlunun dəlilərinin üçdə biri qədər olan yazıçıdan ortaya Biləcəridən o yana keçə biləcək normal bir əsər çıxmayıbsa elə o katibəyə də,o sürücüyə də halal olsun o evlər. O boyda söz adamlarının əlindən bu ağır dövranda ev qapa bilmisinizsə xoşbəxt olun o evlərdə.

dadaşyev 2023-11-26 14:06:15

Əlbir olub bir sədr biriləriylə.Bölüşdürdü evləri tədbir ilə.Olmadı yazıçılar razı bölgüyə.Çıxdı iş axır ölüb öldürməyə.Çeynədilər,dişlədilər,diddilər.Bir-birini təhqirə qərq etdilər.Katibə,şofer görüb bu haləti.Gördülər yox heç birinin taqəti.Evləri alaraq etdilər fərar.Həsrət ilə baxdı dalınca yazıçılar.

t.ədalət 2023-11-26 12:48:35

Anar AYB-də qalmaqla olan-qalan nüfuzunu son illərdə "xalq artisti" adı almış mığənnilərin səviyyəsinə endirdi.

Qubad 2023-11-26 12:27:54

Ay sənin ..... ildə 1-2 dəfə etdiyin hərəkətə görə özünü bir az daha çox biyabır edir ....

Cananə 2023-11-26 12:22:41

Ay sənin motux canını yeyim Anarçik. 19 yaşım var. 15 günün gəlini olmuşam.90-60-90 bədən quruluşuna, durna gözüm, piyalə dodaqlarım, , sən yanaqların var, ..... Kitayski, masaj kursunu qıpqırmızı diplomla bitirmişəm. Anarçik, məni özünə katibə götürməzsən ki? Əmin ol ki, məni götürsən azı 15 yaş cavanlaşacağına qarantiya verirəm.

Rüstəm 2023-11-26 12:18:55

Hörmətli insan .
Növbəyə duranlardan adlarına ev olub olmamasına dair Əmlak Komitəsindən arayış tələb etsəniz asancasına öyrənə bilərsiniz kimlərin evləri var

Hadı 2023-11-26 12:05:18

Acəba bu Anar nə cür adammış ilahi.

Tural 2023-11-26 12:03:45

Ev almaqın üçün ən məqbul yolu Katibə olmaqdır. Evin yoxdur canın gözündən çıxsın katibə ol. Kişisənsə ya cinsini dəyiş ya da sürücü ol. Şair, yazıçı nə karədir ki, ona ev verilsin. Ev-eşiyi olan yazıçı yaza bilməz. Şair qəşəng şer yazmaq üçün mütləq it zülmü çəkməlidir və bunu Anar anlayır, bilir və onları küçədə qoymaqla stimul verir. Məsəlçün Anarın özünün 4-5 evi var deyə yaza bilmir.

Adil 2023-11-26 11:56:35

Katibə adamı pişik kimi sığallayır, tumsrlıyır, masaj eləyir, arada bir yumşaqcasına çimdikliyir də sonra da xəfif bir maç eləyir və adamı xəfifcənə maç da eləyir və adam cavanlaşır, cuşa gələrək beşmərtəbəli evin
yeddinci, səkkizini mərtəbəsinin yataq otağıma şer həsr edir. Hansı şair, yazıçı bunu edir? Belə olan halda katibəyə vermirəm demək mümkün deyil. Qalan hamısı qələt eləyib ev istəyir. Katibəyə, sürücüyə hər dəfə ev vermək lazımdır.

Tural 2023-11-26 11:46:38

Əlbətdə vermirəm deyə bilməzsən. Duzun çatmaz. Hacıbala Mirələmovun yolunun qocalar iri addımlarla gedirlər. Şairə, yazıçıya "vermirəəəəm" deyərsən hələ bir gözünü də çıxarsan. Amma katibəyə demək olmaz. Katibə ürəkdir, ❤️❤️❤️❤️

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol