Menu

"İsrail xalqın dəstəklədiyi hərəkatı məğlub edə bilməyəcək” - Fransanın 18 sabiq səfiri birgə bəyanat yaydı

26.11.2023, 20:29
"İsrail xalqın dəstəklədiyi hərəkatı məğlub edə bilməyəcək” - Fransanın 18 sabiq səfiri birgə bəyanat yaydı

Fransanın keçmiş səfirləri Qəzzadakı müharibənin siyasi həllinə çağıraraq, İsrailin Fələstinin HƏMAS təşkilatının fəaliyyətinə sobn vermək cəhdini “xəyal” adlandırıblar.

"AzPolitika.info" xəbər verir ki, «Le Monde»-də dərc olunan məqalədə 18 keçmiş səfir İsrailin Qəzzada “amansız olduğu qədər də faydasız və getdikcə daha çox mübahisə doğuran” hərtərəfli müharibə strategiyasına başladığını bildirib.

“HƏMAS-ın kökünü kəsmək real məqsəddən daha çox şüardır”, - deyə onlar yazıblar.

“2006-cı ildə İsrail artıq məlum nəticələrlə “Hizbullahın kökünü kəsmək” arzusunu bəyan etdi. Bu strategiya illüziyadır. Artıq beş ölümcül hərbi kampaniyanın hədəfinə çevrilmiş HƏMAS yenidən ayağa qalxmağa məcburdur. Ordu həm Qəzzada, həm də İordan çayının qərb sahilində Fələstin əhalisinin böyük bir hissəsinin dəstəklədiyi hərəkatı məğlub edə bilməyəcək”, - məqalədə qeyd edilir.

Keçmiş diplomatlar vurğulayıb ki, Qüdsün ilhaqı və işğal olunmuş İordan çayının qərb sahilində məskunlaşmaların artması səbəbindən kerçəkləşməsi getdikcə çətinləşsə d, iki dövlətli həll yolunu hələ də sınamağa dəyər.

Onlar həmçinin bildiriblər ki, İsrail və HƏMAS arasında dörd günlük atəşkəsin uzadılması və davamlı atəşkəsə nail olmaq üçün “hər şey edilməlidir”.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol