Menu

Bakı metrosunda qatarların hərəkəti ləngiyib

27.11.2023, 09:10
Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Bu gün səhər saat 08:30 radələrində "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində ləngimə yaranıb.

"Report" xəbər verir ki, gecikmə metronun “Memar Əcəmi” stansiyasında daha çox hiss edilib.

Sərnişinlərin sözlərinə görə, “Dərnəgül-Həzi Aslanov” xətti ilə hərəkət edən bəzi qatarlar gecikib, bir neçəsi isə “Memar Əcəmi” stansiyasında sərnişinləri boşaldaraq geri qayıdıb. Nəticədə 20 dəqiqəyə qədər yubanma olub.

Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a bildirib ki, məsələdən xəbərdardır. Hazırda gecikmənin hansı səbəbdən baş verməsi araşdırılır.

Şərhlər

Şahin 2023-11-27 12:00:44

Mən dəfələrlə Sizin saytınız vasitəsilə hamının gördüyü bir həqiqəti demişəm.Metroda gediş hər gün daha təhlükəli olur.Əcəmi -H.Aslanov xəttində pik saatlarda interval 5-6 dəqiqə olur. Elə bil ki. insan yox yük daşınır.Ölkəmizin bir cox sahələrdə uğurlarını metroya daxil olanda vətəndaşlar unudurlar.Artıq həyəcan təbili çalınmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol