Massaçuets ştatında yerləşən Nantucket kurort adasına 5 günlük tətilə yollanan ABŞ Prezidenti Co Bayden burada vətəndaşların etirazi ilə üzləşib.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın milli bayramı olan Şükran günü ilə əlaqədar insanların arasına çıxan Bayden, bir qrup şəxs tərəfindən tənqid olunub.
Belə ki, “Bayden, gizlənə bilməzsən, biz səni soyqrımda ittiham edirik” şüarları səsləndirən vətəndaşlar ABŞ liderinin İsrailə verdiyi dəstəyə etiraz ediblər.
Həmin anlar sosial şəbəkələrdə də maraqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Baydenin İsrailə dəstəyinin onun nüfuzuna mənfi təsir etdiyini bildiriblər.
“AzPolitika.info”


Şərhlər