Atletika üzrə Azərbaycan millisinin üzvü Nazim Babayev Avropa çempionu, İslam Həmrəyliyi Oyunları və Universiadanın qızıl medalçısı bədii gimnast, hazırda məşqçi kimi çalışan Nərmin Cahangirova ilə ailə həyatı qurub.
"AzPolitika.info" "Kult.az"-a istinadla xəbər verir ki, cütlüyün toy mərasimində iştirak edənlər arasında elm və təhsil naziri Emin Əmrullayev də olub.
Paylaşılan görüntülərdən aydın olur ki, qonaqlar “Payız gəldi, uçdu getdi quşlar” mahnısına rəqs edirlər. Ancaq nə qədər qəribə də olsa, bu Azərbaycan mahnısı rus dilində səsləndirilir və qonaqlar da deyəsən bunun fərqinə varmılar.
Azərbaycan mahnılarının rusca ifasının hansı zərurətdən yarandığını təsəvvür etmək çətindir.
"AzPolitika.info"

Şərhlər
Adam toyda neyniyer?
MANQURDLAR yığnağı
XII əsrdə Şirvanşah Axsitan Azərbaycan şairi Nizami Gəncəviyə fars dilində bir həvəsnamə yazmağı buyurmuşdu. N. Gəncəvi də onun buyruğuna uyğun olaraq “Leyli və Məcnun”u yazdı. O əsərin yazılma səbəbi başlığında Axsitanın sözləri xatırlanılıb:
/Türkbənizlik bizə bil ki, yaraşmaz,/ Türkcə söylənənlə əsla kar aşmaz./
Yüz illər sonra, XIX əsrdə, maarifçi şairimiz S. Ə. Şirvani öz oğluna belə məsləhət bilib:
/Ey oğul, hər lisana ol rağib. ( Oğlum, hər dilə rəğbət bəslə)./ Xassə, ol rus elminə talib. ( Özəlliklə, rusların elmini öyrən)./ Onlara ehtiyacımız çoxdur,/ Bilməsək dil, əlacımız yoxdur. / N. Nərimanov “Bahadır və Sona” əsərində yazıb ki, “dans öyrənib bir əfsərə- zabitə- ərə getməyi arzulayan xanımdan soruşdum ki, türk dilini ( ana dilini nəzərdə tutur ) öyrənirsənmi? O xanım da üzümə çəmkirdi ki, türk dili nəmənədir, ondan ötrü cavan ömrümü çürüdüm?” Bu yerdə yadıma Stokholm sindromu düşdü…
Burda maraqlı nə var ki? Necə nazir işləyirsə elə də bərbad rəqs eləyir.