“ABŞ Türkiyədən Qarabağın azad edilməsi üçün Azərbaycana dəstəyi dayandırmasını tələb edib”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik mətbuat konfransında deyib.

O qeyd edib ki, Vaşinqtonun o vaxtki tələbi “F-16” qırıcılarının Türkiyəyə göndərilməsi üçün şərt kimi irəli sürülüb.

Çelik bəyan edib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələrin sülh razılaşmasına gətirib çıxarmasını istəyir.

O qeyd edib ki, Ermənistan destruktiv addımlardan əl çəkərsə, “3+3” əməkdaşlıq formatı regionda sülhə böyük töhfə verəcək. (Mənbə: Habertürk)