Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra İsrail qoşunları bütün anklavda döyüşlərə daha intensiv şəkildə davam edəcək.
APA "The Times of Israel" saytına istinadla xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
"İndi sizin bir neçə gününüz var. Amma biz döyüşə qayıdıb daha da güclü hərəkət edəcəyik", - nazir bildirib.
O vurğulayıb ki, İsrail bütün anklavda döyüşəcək.
Noyabrın 27-də Qətər Xarici İşlər Nazirliyi Qəzza zolağında İsrail əsgərləri ilə HAMAS qüvvələri arasında atəşkəsin daha iki gün uzadıldığını təsdiqləyib.


Şərhlər
İsrail kəsinliklə vuruşmağı bacarmırsa necə vuruşacaq?İsrail ABŞ-ın pay verdiyi bombaları ABŞ-ın qırıcı təyyarə daşıyan gəmilərinin qoruması altında ABŞ-ın diktə etdiyi nöqtələrə ata bilir yalnız.Yəni İsrail ayrıca müstəqil dövlət deyil,ABŞ-ın Ön Asiyada,Yaxın Şərqdəki anklavıdır.Alyaska ştatı kimi.O da anklavdır,sadəcə,Alyaskanı amerikanlar ruslardan 1867-ci ildə rəsmən 7,2 milyon dollara aldılar,onların qanuni mülkiyyətləri oldu deyə qanunən ştat etdilər.Amma Fələstin torpaqlarını İsrail dövləti qurmaq adıyla “zorla pulsuz aldılar”,o üzdən qanuni mülkiyyətləri deyil deyə qanunən ştat eliyəmmədilər.Eliyəmmədilərsə də səksən ildir ABŞ-ın Yaxın Şərqə uzantısıdır İsrail,ABŞ-ın Yaxın Şərqi vuran əlidir,Yaxın Şərqdə görən gözü,eşidən qulaqlarıdır,Yaxın Şərqdə jandarmasıdır.