Menu

İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası Türkiyəyə F-35-lərin verilməsindən asılıdır

28.11.2023, 16:39
İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası Türkiyəyə F-35-lərin verilməsindən asılıdır

İsveçin xarici işlər naziri Tobias Billstrom etiraf edib ki, F-35 qırıcılarının Türkiyəyə tədarükü və İsveçin NATO-ya qoşulmaq üçün ərizəsinin ratifikasiyası bir-birinə bağlı məsələlərdir.

APA xəbər verir ki, isveçli nazirin sözlərinə görə, Ankaranın Stokholmun NATO-ya qoşulması üçün müraciətinin ratifikasiya etməsi Türkiyəyə F-35-lərin verilməsindən asılıdır.

"Artıq bilirik ki, bu iki məsələ bir-birinə bağlıdır, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə sentyabrda artıq danışıb. Bu, necə deyərlər, sadəcə çox zəif saxlanılan bir sirdir. Ancaq xatırlamalıyıq ki, İsveç NATO-ya qoşulmaq üçün artıq tələbləri yerinə yetirib", - Billstrom vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol