“Qərb üçün regionun ən önəmli ölkəsi Azərbaycandır, ABŞ ilə Azərbaycan arasında baş verənlər isə imitasiyadır”.

“AzPolitika.info” xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan mətbuata açıqlamasında deyib.

Politoloqun fikrincə, Qərbin Azərbaycanda daha böyük maraqları var, nəinki Ermənistanda: “Ermənistan üçün geosiyasi manevr sahəsi azalacaq. Böyük oyunçular arasında güc balansı pozulduqda və onlardan birinin təsiri zəiflədikdə, təhlükələr əhəmiyyətli dərəcədə artır. Azərbaycanda enerji layihələrində hansı ölkələrin şirkətləri fəal iştirak edir? Bu maraqlar dəyişməyib. Azərbaycan hərbi əməliyyatlara görə real təzyiq altında qalmadı. Ona görə də “Qərb bizə kömək edəcək” şüarı ilə Ermənistan intihara gedir”.

Politoloq deyib ki, proseslərə böyük dövlətlərin maraqları prizmasından baxmaq lazımdır: “Bir dövlət öz maraqlarını irəli sürməyə, digəri isə buna müqavimət göstərməyə çalışır. Təcrübəsi olmayan kiçik ölkələr bu prosesdən əziyyət çəkə bilər. Postsovet məkanında artıq üç ölkə özünü bu geosiyasi qarşıdurmada alət kimi ortaya qoyub. Söhbət Gürcüstan, Ukrayna və Ermənistandan gedir”.

“AzPolitika.info”