Menu

"Azərbaycan həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək"

29.11.2023, 11:32
"Azərbaycan həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək"

Azərbaycan qlobal miqyasda baş verən dekorbanizasiyanın təsirinə birbaşa məruz qalan ölkədir.

“APA-Economics”in xəbərinə görə, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan növbəti illərdə həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək: “Bu xüsusən kənd təsərrüfatında öz təsirini göstərəcək. Qeyd edim ki, iqlim və inkişaf perspektivləri ilə bağlı hazırlanan hesabat həm ölkələrin inkişaf perspektivlərini təhlil edir, həm də iqlim dəyişikliyi nöqteyi-nəzərindən araşdırmalara imkan verir”.

Dünya Bankı bu hesabatla üzv ölkələrə öz tövsiyələrini açıqlayır: “Bundan başqa biz dayanıqlı artım üçün müvafiq tövsiyələri açıqlayırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol