Misir, İsrail və ABŞ nümayəndələri Qəzza zolağında atəşkəsin uzadılmasını müzakirə etmək üçün Qətərə gəlib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, Misir, ABŞ və Qətər Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında danışıqlarda vasitəçi qismində çıxış edərək, humanitar fasilənin uzadılması ilə bağlı “məsləhətləşmələrdə əldə olunan irəliləyişi möhkəmləndirmək” niyyətindədirlər.
“Reuters” öz növbəsində Dohada keçiriləcək görüşdə İsrailin kəşfiyyat xidmətinin rəhbəri Devid Barnea və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün iştirak edəcəyini yazır. Agentliyin mənbəsi bildirib ki, tərəflər İsrail və HƏMAS arasında potensial razılaşmanın növbəti mərhələsini müzakirə edəcəklər.
Qətər rəhbərliyi də bəyan edib ki,rəsmi Doha atəşkəsin noyabrın 30-dan sonra da davam etməsi üçün çalışır.
Rüfət
AzPolitika.info


Şərhlər