HƏMAS hərəkatı tərəfindən əsir götürülmüş İsrail əsgərlərinin azad edilməsi üçün aparılan danışıqlarda bəzi şərtlər mətbuata sızıb.
“AzPolitika.info” xəbər verir ki, Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı HƏMAS tərəfindən müddətsiz atəşkəs şərtinin irəli sürüldüyü barədə məlumat yayıb.
Kanalın məlumatına görə, HƏMAS rəhbərliyi “İsrail ordusunun hərbçilərinin azad edilməsi üçün şərtlərin fərqli olacağını” təsdiqləyib. Xüsusilə, bu məsələ ilə bağlı danışıqlara “hərbi əməliyyatların dayandırılması və sektordan blokadanın götürülməsi”nin müzakirəsi daxildir.
Rüfət
AzPolitika.info


Şərhlər