Menu

“Bu, Ukrayna üçün ölümcüldür” – Berbok həyəcan təbili çalır

29.11.2023, 15:00
“Bu, Ukrayna üçün ölümcüldür” – Berbok həyəcan təbili çalır

“İndi Ukraynaya diqqət ictimaiyyətin nəzərindən itir və bu,(Ukrayna üçün) ölümcüldür”.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Annalena Berbok deyib.

Almaniyalı nazir Rusiyanın Ukraynaya qarşı müharibəsinə dünyanın diqqətinin azalmasından narahatdır. Nazirin sözlərinə görə, Rusiya Ukraynanın mülki infrastrukturuna qəsdən hücum etməkdə davam edir, ona görə də “Ukraynanın qış qalxanının güclü olmasını təmin etmək üçün çalışmaq lazımdır”.

Berbok həmçinin qeyd edib ki, Ukraynanın gələcəyi Aİ və NATO-dadır. Ona görə də bu yolda ona dəstək olmaq üçün tərəfdaşlar əllərindən gələni etməlidirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol