Menu

Hicran Hüseynova erkən nikahlarla bağlı Dövlət Komitəsini sərt tənqid edib

29.11.2023, 16:41
Hicran Hüseynova erkən nikahlarla bağlı Dövlət Komitəsini sərt tənqid edib

Erkən nikahlar bizim “qırmızı xətt”imizdir.

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov parlamentdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

O bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də fətvası var və din xadimləri qarşısında konkret tələblər qoyulub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədri Hicran Hüseynova bu fikrə cavab olaraq bildirib ki, erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir:

“Erkən nikahların “qırmızı xətt” olduğunu deyirsiniz. Lakin bu gün erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir. İndiyə qədər biz bir dəfə də görməmişik ki, bir nəfər cəzalandırılsın və ya bu istiqamətdə iş görülsün. Biz görürük ki, axundlar məscidlərə körpə uşaqları, qız uşaqlarını aparırlar”.

Hicran Hüseynova qeyd edib ki, bu gün ölkədə selektiv abortla bağlı məsələ çox ciddidir:

"Bu, özü də İslamda günahdır. Necə oldu ki, bizim özünü müsəlman adlandıran şəxslərimiz belə əməllərə əl atırlar. Burada qadını günahlandırırlar. Çox istərdim ki, məscidlərdə axundlarla görüş keçirərkən bu məsələni də qaldırasınız və məlumatlandırıcı çıxışlar edəsiniz. Bu sahədə mənim ölkəm artıq Çini keçib. Biz əvvəl Çini danışırdıq, indi isə birinci yerdəyik. Hesabatlar zamanı bizə çox iradlar bildirirlər".

Şərhlər

Mədinə 2023-11-29 18:51:37

Hicran xanım anlayırmı ki,aburtların çoxi-haradasa 80 faizi dolanışıq çətinliyi və uşaq pulları verilməməsi səbəbindən baş verir.Minimum əmək haqqı,dolanışıq səbəti anlayışlarına yol verən,əhalinin maaşını,müavinətini sıxaraq dar çərçivədə saxlayan Milli Məclis,Hökumət bunu nə zaman anlayacaq?Bütün bunlar abortların artmasına məcbur edir.Guya yazılmış deputatlar bunu bilmir? Bəs niyə Milli Məclis bu məsələni müzakitəyə çıxarııb qərarıa Prezidentə müraciət etmir?Nicran xanım isə mıxdakını döymək düşünür.Çox yersiz və mənasız!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol