Menu

TƏRAŞ FABRİKİNDƏN DÜNYA SİYASƏTİNƏ... - 100 yaşında vəfat edən Kissincer kim idi? (DOSYE)

30.11.2023, 13:05
TƏRAŞ FABRİKİNDƏN DÜNYA SİYASƏTİNƏ... - 100 yaşında vəfat edən Kissincer kim idi? (DOSYE)

Məlum olduğu kimi, ABŞ xarici siyasətinin önəmli simalarından olan keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında dünyasını dəyişib. Tanınmış siyasətçi noyabrın 29-da ABŞ-ın Konnektikut ştatındakı evində həyatını itirib.

“AzPolitika.info” Kissincerlə bağlı bir sıra maraqlı məlumatları oxuculara təqdim edir:

Henri Alfred Kissincer 27 may 1923-cü ildə Almaniyanın Bavariya əyalətinin Fürt şəhərində anadan olub. Atası Lui Kissincer müəllim, anası Paula (Stern) Kissincer isə evdar qadın olub. O, yeniyetmə vaxtlarında o dövrdə Almaniyanın ən yaxşılarından olan “Qrouter Fürtun” futbol klubunun gənc yaşlılardan ibarət komandasında çıxış edib. 1938-ci ildə nasist təqiblərindən qaçaraq ailəsi ilə birlikdə Nyu-Yorka köçüb. Burada Corc Vaşinqton Liseyində təhsil alıb. Həmin illərdə ABŞ-dakı təraş fabriklərindən birində çalışıb. Daha sonra mühasib təhsili almaq üçün Nyu-York Şəhər Kollecinə daxil olub. 

Kissincer 19 iyun 1943-cü ildə ABŞ vətəndaşlığını qəbul edib. II Dünya Müharibəsi illərində ABŞ ordusunda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra ABŞ-ın Avropa Komandanlığının Kəşfiyyat Məktəbində müəllim işləyib. ABŞ-a qayıtdıqdan sonra isə Harvard Universitetində təqaüd qazanıb və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. 1952-ci ildə burada təhsilini başa vurub və 1954-cü ildə siyasi elmlər doktoru elmi dərəcəsini alıb. 1961-1968-ci illər arasında o, ABŞ prezidentləri Con Kennedinin və Lindon B. Consonun xüsusi müşaviri vəzifəsində çalışıb.

1969-1975-ci illərdə prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışan Kissincer Vyetnam diplomatları ilə razılığa gələrək atəşkəsə böyük töhfə verib. Bu səbəbdən 1973-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. Lakin bu mükafat Nobel tarixinin ən mübahisəli mükafatlarından biri olub. İnsanlar Kambocadakı gizli partlayışlarda və Cənubi Amerikadakı hərbi rejimlərə dəstəkdə ABŞ xarici siyasətini müəyyən edən əsas bir simanın belə bir mükafata layiq görülməsini birmənalı qarşılamamışdılar.

Kissincer Harvard Universitetində müəllim olduqdan sonra o, 1969-1975-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, 1973-1977-ci illərdə isə ABŞ-ın 56-cı dövlət katibi vəzifələrində çalışıb. O, dövlət katibi olarkən ABŞ və Sovet Rusiyası arasında əlaqələri inkişaf edib, həmçinin ABŞ və Çin arasında ilk rəsmi əlaqələr qurulub.

Bu gün Kissincer dünya tarixinin ən böyük diplomatlarından biri kimi tanınır. O, dövlət işlərindən uzaqlaşıqdan sonra çoxlu kitablar yazıb, xatirələrini, fikirlərini və diplomatik təcrübələrini ictimaiyyətlə bölüşüb.

Kissincerin müxtəlif illərdə qələmə aldığı maraqlı kitablardan bəziləri:

- 2015. Diplomatiya;

- 2015. Keçmişdən bu günə Çin;

- 2014. Dünya Nizamı;

- 2011. Çin haqqında;

- 2004. Böhran: İki Böyük Beynəlxalq Böhranın Anatomiyası;

- 2003. Vyetnam müharibəsinin başa çatması;

- 2002. Amerikaya xarici siyasət lazımdırmı?;

- 2001. Amerikanın xarici siyasətə ehtiyacı varmı?;

- 1999. Yenilənmə illəri: Xatirələrinin yekun cildi;

- 1994. Diplomatiya;

- 1982. Çarpışma illəri;

- 1979. Ağ Ev illəri;

- 1969. Amerikanın Xarici Siyasəti: Üç Esse;

- 1957. Bərpa edilmiş bir dünya;

- 1957. Nüvə Silahları və Xarici Siyasət.

“AzPolitika.info”

Şərhlər

Veteran 2023-11-30 15:30:04

Qoca köpəyin biri də gorbagor oldu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol