“Tesla” və “SpaceX” şirkətlərinin sahibi, milyarder iş adamı İlon Mask 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlama verib.
“AzPolitika.info” xəbər verir ki, iş adamı ABŞ-ın hazırkı Prezidenti Co Baydenə səs verməyəcəyini bildirib.
“Mən Baydenə səs verəcəyimi düşünmürəm”,-deyə o qeyd edib.
Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampa səs verib-verməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Bu, şübhəsiz ki, çətin seçimdir”.
“AzPolitika.info”


Şərhlər