Menu

Baykal-Amur magistralında yanacaq daşıyan qatar partladılıb

30.11.2023, 14:29
Baykal-Amur magistralında yanacaq daşıyan qatar partladılıb

Rusiyanın Buryatiya Respublikasında yanacaq daşıyan qatar partladılıb.

APA xəbər verir ki, “RBK-Ukrayna” mənbələrə istinadən, hadisənin Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən törədildiyini bildirib.

Məlumata əsasən, müxtəlif növ yanacaqla dolu 41 çən, aviasiya yanacağı ilə dolu 3 çən və içərisində qara metal olan 6 vaqondan ibarət qatar partladılıb.

Qeyd olunub ki, Baykal-Amur magistral xəttinin bu hissəsi Rusiya ilə Çin arasında dəmir yolu əlaqəsində çox mühüm rol oynayır və hadisə baş verən zaman 4 partlayıcı qurğu işə düşüb.

Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti hadisə yerində araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol